Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində neft-qaz mühəndisliyi üzrə keçirilən “Qazma məhlulları” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara qazma məhlullarının təyinatı, əsas xüsusiyyətləri, tərkibi, növləri və qazma prosesindəki rolu haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Qazma məhlullarının əsas funksiyaları və təyinatı
🔹 Qazma məhlullarının növləri və tərkibi
🔹 Qazma məhlullarının fiziki-kimyəvi və reoloji xüsusiyyətləri
🔹 Məhlulun sıxlığı, özlülüyü və filtrasiya göstəriciləri
🔹 Qazma məhlullarının hazırlanması və parametrlərinə nəzarət
🔹 Qazma prosesində yaranan problemlərin qarşısının alınmasında qazma məhlullarının rolu
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz mühəndis Rüfət Hacıəliyevə təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!



November 15, 2026 - Paylaşdı: Admin