Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük Proqramı çərçivəsində “Qaz kompressor stansiyalarında nəzarət ölçü cihazları və avtomatika” mövzusunda OFFLINE seminar uğurla başa çatdı.
Seminar təlimçi Balaxan Şıxlı tərəfindən təqdim olundu və iştirakçılar qaz kompressor stansiyalarında avtomatika, ölçmə sistemləri və onların texniki xidməti barədə həm nəzəri, həm də praktiki biliklər əldə etdilər.
📍 Seminarın əsas mövzuları:
1️⃣ Qaz kompressor stansiyaları – ümumi anlayışlar
2️⃣ Qazın nəqli prosesində temperatur, təzyiq, səviyyə və sərfiyyat parametrlərinə nəzarət
3️⃣ Kompressor stansiyalarında avtomatik yanğın və alov nəzarət sistemlərinə texniki qulluq
4️⃣ Qazın nəqlə hazırlanması prosesi üçün tənzimləyicilərə texniki qulluq
5️⃣ Avtomatik idarəetmə klapanlarının kompressorlarda tətbiqi
6️⃣ Kompressor təsərrüfatında avtomatik idarəetmə sistemi
Seminar zamanı iştirakçıların sualları cavablandırıldı, müzakirələr aparıldı və praktiki biliklər daha da möhkəmləndirildi.
Bu dəyərli seminar üçün təlimçi Balaxan Şıxlıya təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


December 05, 2025 - Paylaşdı: Admin