[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

“Qaz emalı prosesi” mövzusunda online seminar uğurla baş tutdu.

📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Qaz emalı prosesi” mövzusunda online seminar uğurla baş tutdu.

⚡️ Seminar zamanı iştirakçılara təbii qazın tərkibi, emal mərhələləri və sənayedə tətbiq olunan texnologiyalar haqqında geniş və ətraflı məlumat verildi. Səngəçal ərazisində qazın qurudulması prosesinin həyata keçirildiyi hissə də xüsusi olaraq izah olundu.

📌 Təbii qazın tərkibi və xüsusiyyətləri
📌 Qazın ilkin hazırlanması mərhələləri
📌 Qazın qurudulması prosesləri və tətbiqi
📌 Turş qaz komponentlərinin (H₂S və CO₂) təmizlənməsi üsulları
📌 Qaz emalı qurğuları və onların iş prinsipləri
📌 Proses axın sxemləri
📌 Sənaye təhlükəsizliyi və ekoloji aspektlər

💡 Seminar praktiki nümunələr və real sənaye təcrübələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Nəsimi Məmmədova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀