[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

“Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üzrə ONLINE seminar uğurla başa çatdı!

📢Azərbaycan Mühəndislər Birliyi tərəfindən “Proseslərin Avtomatlaşdırılması mühəndisliyi” üzrə ONLINE seminar uğurla başa çatdı!

Seminar təlimçi Fərhad Həşimov tərəfindən təqdim olundu və iştirakçılar “Motion Control” mövzusu üzrə həm nəzəri, həm də praktiki biliklər əldə etdilər. TIA Portal üzərində real tətbiqlər və simulyasiyalar nümayiş etdirilərək mövzular daha da aydın şəkildə izah edildi.

📍 Seminarın əsas mövzuları:
✅ Motion Control nədir?
✅ Motion Control üzrə ümumi nəzəri biliklər
✅ Motion Control praktiki tətbiqlər
✅ TIA Portal vasitəsilə proqramlaşdırılmış paralelkəsmə (Cross Cutting) nümunəsinin göstərilməsi və simulyasiyası

Bu dəyərli biliklərin təqdim olunmasına görə təlimçi Fərhad Həşimova təşəkkür edirik! 💙

Yeni seminar və təlimlərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!