📢 Azərbaycan Mühəndislər Birliyinin təşkil etdiyi Üzvlük proqramı çərçivəsində “Piping and İnstrumentation Diagram” adlı seminar uğurla başa çatdı!
Seminar Tərlan Fərəcov təqdimatında baş tutdu və iştirakçılar P&ID hansı sahələrdə istifadə olunduğu, avadanlıq, boru xətləri, klapanlar və cihaz simvolları eləcə də sensorlar, transmitterlər və idarəetmə növlərinin oxunması ilə bağlı geniş və praktik məlumatlar əldə etdilər.
📍 Seminarın əsas mövzuları:
• P&ID əsasları və məqsədi
• Simvollar və standartlar
• Ölçmə və idarəet elementləri
• Xətt və proses oxunuşu
• P&ID oxuma və analiz bacarığı
Seminar zamanı iştirakçılarla birlikdə müzakirələr aparıldı və praktiki biliklər möhkəmləndirildi.
Bu faydalı və dəyərli seminar üçün Tərlan Fərəcova təşəkkür edirik! 💙
Elanlardan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


December 05, 2025 - Paylaşdı: Admin