[email protected] +994 99 303 07 01
September 27, 2026 - Paylaşdı: Admin

“PCS 7 WinCC Explorer – SCADA əsasları” mövzusunda onlayn seminar uğurla başa çatdı!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi üzrə “PCS 7 WinCC Explorer – SCADA əsasları” mövzusunda onlayn seminar uğurla başa çatdı!

⚡ Seminar zamanı iştirakçılara sənaye müəssisələrində PCS 7 WinCC Explorer – SCADA-nın tətbiqi barədə ətraflı məlumat verildi.

📍 Müzakirə olunan əsas mövzular:
📌 PCS 7 və WinCC Explorer-ə giriş
📌 Layihə strukturu və konfiqurasiya
📌 WinCC Explorer və onun SCADA sisteminə tətbiqi
📌 Sənaye şəbəkələri və PLC ilə inteqrasiya

💡 Sessiya təqdimat materialları və real sənaye nümunələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Cahangir Qaraşova təşəkkür edirik!

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp qruplarımıza qoşulmağı unutmayın. 🚀