[email protected] +994 99 303 07 01
October 12, 2023 - Paylaşdı: Admin

“Neftin əsas emal prosesləri: Destruktiv emal texnologiyası” təlimi uğurla başa çatıb

Azərbaycan Mühəndislər Birliyi tərəfindən keçirilən “Neftin əsas emal prosesləri: Destruktiv emal texnologiyası” onlayn təlimi uğurla başa çatıb.
🗣 83 nəfərin iştirak etdiyi təlimdə, təlimçi Elnur Cəbrayılzadə iştirakçıların suallarını cavablandırmış və aşağıdakı mövzular haqqında məlumat vermişdir:
📌 Neftin destruktiv emalı: Təsnifat
📌 Katalitik krekinq prosesi
📌 Katalitik riforminq prosesi
📌 Tədrici kokslaşma prosesi
📌 Bitum istehsalı prosesi
📌 Hidrogenin iştirakı ilə aparılan proseslər
📌 Hidrotəmizləmə və hidrokrekinq prosesləri
📌 Digər destruktiv emal prosesləri
📍Təlimin sonunda iştirakçılar onlayn imtahanda iştirak edərək təlim zamanı öyrəndikləri bilikləri sınayıblar və imtahandan uğurla keçmiş 13 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.
⚠️Təlim, seminar, mühəndislərlə görüşdən daha tez xəbərdar olmaq üçün Telegram və Whatsapp qruplarımıza qoşula bilərsiniz. Qrup linkləri üçün şərh bölməsinə + yaza bilərsiniz, linklər mesaj bölmənizə göndəriləcək.