📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Neft sənayesində istifadə olunan kimyəvi maddələr” təlimi uğurla başa çatdı.
⚡️Təlim zamanı iştirakçılara neft sənayesində tətbiq olunan kimyəvi maddələrin rolu, separatorların iş prinsipi, fazalara ayrılma prosesi və korroziyanın qarşısının alınması üsulları barədə geniş və ətraflı məlumat verildi. Eyni zamanda real sənaye nümunələri əsasında praktiki yanaşmalar izah olundu.
📌 Separatorların iş prinsipi və neft, qaz, suyun ayrılması prosesi
📌 Separatorlarda fazalar: qaz, maye (neft) və suyun düzgün idarə olunması
📌 Korroziya problemləri və onların qarşısının alınması üsulları
📌 Kimyəvi maddələrin istehsalat prosesində rolu və tətbiqi
📌 Real nümunələr əsasında texniki izahlar və praktiki yanaşmalar
📌 Neft sənayesində istifadə olunan əsas kimyəvi maddələr: korroziya inhibitorları, demulqatorlar, biosidlər, ərp inhibitorları, koaqulyantlar və flokulyantlar, köpükdüşürənlər, parafin inhibitorları
💡 Sessiya praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübələrini iştirakçılarla bölüşdüklərinə görə Fərəc İsmayılov və Maya Abdullayevaya təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀

June 01, 2026 - Paylaşdı: Admin