Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində geologiya və geofizika mühəndisliyi üzrə keçirilən “Neft-qaz yataqlarının geologiyası və formalaşma mexanizmləri” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara neft-qaz yataqlarının yaranma şəraiti, geoloji xüsusiyyətləri, formalaşma mərhələləri və karbohidrogenlərin miqrasiyası və toplanması prosesləri haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Neft və qazın mənşəyi və yaranma nəzəriyyələri
🔹 Neft-qaz yataqlarının formalaşma mexanizmləri
🔹 Çöküntü süxurlarının neft-qaz yataqlarının yaranmasında rolu
🔹 Karbohidrogenlərin miqrasiyası və toplanması
🔹 Kollektor və örtük süxurların xüsusiyyətləri
🔹 Neft-qaz yataqlarının geoloji quruluşu və tələlərin növləri
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və maarifləndirici təqdimat üçün təlimçimiz Adil Abbasova təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!


November 17, 2026 - Paylaşdı: Admin