[email protected] +994 99 303 07 01
November 05, 2025 - Paylaşdı: Admin

“Neft-qaz quyularının qazılması zamanı ətraf mühitin mühafizəsi” mövzusunda təlim keçirildi.

18.10.2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, Kimya Texnologiyaları Fakültəsi THİK-in və Azərbaycan Mühəndislər Birliyinin birgə təşəbbüsü ilə “Neft-qaz quyularının qazılması zamanı ətraf mühitin mühafizəsi” mövzusunda təlim keçirildi.

Təlim zamanı tələbələrə qazma prosesində ətraf mühitə təsir edən amillər, bu təsirlərin azaldılması üsulları və ekoloji təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verildi. Mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırıldı və geniş müzakirələr aparıldı. Tədbirin əsas məqsədi tələbələrdə qazma zamanı ekoloji təhlükəsizliyin formalaşdırılması və ətraf mühitin qorunmasının əhəmiyyətinə dair bilikləri artırmaq idi.

Qeyd edək ki, təlimdə iştirak edən tələbələrə rəsmi sertifikat veriləcək. #adnsuthi̇k #adnsu #ktf