🎓 AZMİİB-in “Üzvlük Proqramı” çərçivəsində Kimya Mühəndisliyi departamenti üzrə keçirilən “Neft emalı: Texnoloji proseslər” adlı sertifikatlı seminar uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara neftin emalının əsas mərhələləri, neft emalı zavodlarında həyata keçirilən texnoloji proseslər, ilkin və ikinci emal üsulları, eləcə də bu proseslərdə istifadə olunan avadanlıqlar haqqında ətraflı məlumat verildi.
📌 Seminar çərçivəsində müzakirə olunan əsas mövzular:
🔹 Neftin ilkin emalı və fraksiyalara ayrılması;
🔹 Neft emalının əsas texnoloji prosesləri;
🔹 İkinci emal üsulları və onların əhəmiyyəti;
🔹 Neft emalı proseslərində istifadə olunan əsas avadanlıqlar;
🔹 Texnoloji proseslərin sənayedə tətbiqi və əhəmiyyəti.
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı, həmçinin neft emalı sənayesində tətbiq olunan texnoloji proseslərə dair bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat, eləcə də öz bilik və təcrübəsini iştirakçılarla bölüşdüyü üçün təlimçimiz Musa Fərəcova təşəkkürümüzü bildiririk! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!

November 07, 2026 - Paylaşdı: Admin