Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyəti olduqca böyükdür. Bu gün müstəqil Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə həkk olunan “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən isə hər il sentyabrın 20-si Azərbaycanda “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.
Biz, Azərbaycan Mühəndislər
Birliyi olaraq neft-qaz sektorunda olan yeni gənc nəslin inkişafı və yetişdirilməsi üçün çalışır, onlara əlimizdən gələn dəstəyi veririk.
Azərbaycan Mühəndislər Birliyi adından bütün Azərbaycanın neft sənayesi işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik!
Gələcəyin neftçiləri ilə qürur duyuruq!