📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Nanomateriallar və Süni İntellekt Əsaslı Material Dizaynı” seminarı uğurla baş tutdu!
📍Seminar çərçivəsində iştirakçılar nanomateriallar və süni intellektin material elminə tətbiqi barədə ətraflı məlumat əldə etdilər.
📌Seminar zamanı müzakirə olunan əsas mövzular:
🔹 Nanomaterialların anlayışı, təsnifatı və əsas fiziki-kimyəvi xüsusiyyətləri
🔹 Nanomaterialların sintez metodları, proses parametrlərinə nəzarət və xarakterizasiya üsulları
🔹 Süni intellektin material elmində rolu, xassələrin proqnozlaşdırılması və gələcək tətbiqlər.
💡Seminar iştirakçılar üçün müasir material dizaynı yanaşmaları və süni intellektin bu sahədə tətbiqi baxımından faydalı oldu.
🤝 Təlimçi Elmir Paşalıya dəyərli bilik və təcrübəsini bölüşdüyü üçün təşəkkür edirik!
📲 Siz də bu kimi maarifləndirici seminar və layihələrdən xəbərdar olmaq, üzvlük imkanlarından yararlanmaq istəyirsinizsə bizi izləməyi unutmayın!

May 31, 2026 - Paylaşdı: Admin