[email protected] +994 99 303 07 01
May 11, 2026 - Paylaşdı: Admin

“Nəzarət ölçü cihazları və tətbiqləri” sessiyası uğurla başa çatdı.

📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Nəzarət ölçü cihazları və tətbiqləri” sessiyası uğurla başa çatdı.

⚡️ Sessiya zamanı iştirakçılara nəzarət-ölçü cihazlarının (NÖC) əsas anlayışları, sənayedə onların rolu, müxtəlif ölçmə cihazlarının işləmə prinsipləri və tətbiq sahələri haqqında ətraflı məlumat verildi. Həmçinin bu cihazların idarəetmə sistemlərində istifadəsi və praktiki əhəmiyyəti izah olundu.

📌 Nəzarət ölçü cihazlarının əsas növləri və iş prinsipləri
📌 Nəzarət ölçü cihazlarının sənayedə tətbiqi
📌 Nəzarət ölçü cihazlarının tətbiqində yarana biləcək problemlər və onların həlli yolları

💡 Sessiya praktiki nümunələr və real istehsalat təcrübələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Cahangir Qaraşova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀