📢 Üzvlük proqramı çərçivəsində keçirilən “NÖC və Avtomatika əsasları” sessiyası uğurla baş tutdu.
⚙️ Sessiya zamanı iştirakçılara nəzarət-ölçü cihazlarının iş prinsipləri, avtomatika sistemlərinin sənayedə tətbiqi və idarəetmə proseslərində istifadə olunan müasir texnologiyalar haqqında geniş və ətraflı məlumat verildi.
📌 Nəzarət-ölçü cihazlarının (NÖC) əsas anlayışları və növləri
📌 Avtomatika sistemlərinin işləmə prinsipləri və strukturu
📌 Sensorlar, ötürücülər və idarəetmə elementləri (PLC, SCADA və s.)
📌 Sənayedə tətbiqlər və təhlükəsizlik qaydaları
💡 Sessiya nəzəri biliklərlə yanaşı praktiki nümunələr və real sənaye tətbiqləri üzərində izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Əlihüseyn Ağazadəyə təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀


June 01, 2026 - Paylaşdı: Admin