[email protected] +994 99 303 07 01
October 20, 2026 - Paylaşdı: Admin

“Mexaniki Avadanlıqlar” mövzusunda növbəti seminarımız!

🎓AZMİİB MEXANİKA MÜHƏNDİSLİYİ üzrə növbəti seminarımız!
Təlimçi Cəlil Əliyev “Mexaniki Avadanlıqlar” mövzusunda öz bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşəcək.

📚 Seminarın əsas mövzuları:
🔹 Sənayedə istifadə olunan mexaniki avadanlıqlara giriş
🔹 Mexaniki avadanlıqların əsas növləri və komponentləri (nasoslar, kompressorlar, daxili yanma mühərrikləri və s.)
🔹 Avadanlıqların quraşdırılma və istismar tələbləri
🔹 Planlı və profilaktik texniki xidmət
🔹 Mexaniki avadanlıqlarda tez-tez rast gəlinən nasazlıqlar və onların aradan qaldırılması
🔹 Layihə üzərindən praktiki nümunələr
🔹 Mexaniki avadanlıqların texniki sənədləri
🔹 Sual-cavab

👨‍🏫 Təlimçi haqqında: 📌 Hazırkı iş yeri və vəzifəsi: Umid Babek Operating Company (UBOC) – Baş Daxili Yanma Mexanika Mühəndisi | 2024–hazırda
📌 Əvvəlki iş yerləri və vəzifələri: SOCAR – Dəniz Mexanika Mühəndisi | 2022–2024
SOCAR – Quru Mexanika Mühəndisi | 2018–2022
📌 Magistr: Azərbaycan Memarlıq və İnşaat Universiteti – Mexanika mühəndisliyi | 2018–2020
📌 Bakalavr: Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Texnoloji maşın və avadanlıqlar mühəndisliyi | 2014–2018
📅 Tarix: 25 oktyabr
🕐 Saat: 13:00
📍 Məkan: Worklab Coworking (28 may)

📜 Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq

⚠️ Qeyd: Seminarda yalnız Azərbaycan Mühəndislər Birliyinin (AZMİİB) üzvləri iştirak edə bilərlər.