[email protected] +994 99 303 07 01
January 03, 2026 - Paylaşdı: Admin

“Mastering Your Engineering Career: CVs, Interviews, LinkedIn & Communication Skills” mövzusunda seminar uğurla baş tutdu!

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən Üzvlük Proqramı çərçivəsində “Mastering Your Engineering Career: CVs, Interviews, LinkedIn & Communication Skills” mövzusunda seminar uğurla baş tutdu!

Seminar Ceyhun Əlirzayevin təqdimatında keçirildi. Tədbir zamanı iştirakçılara mühəndislik karyerasının planlanması, güclü CV hazırlanması, müsahibələrə effektiv hazırlıq, LinkedIn profilinin optimallaşdırılması və peşəkar ünsiyyət bacarıqları barədə ətraflı və praktiki məlumatlar təqdim olundu.

📍 Seminarın əsas mövzuları:

🔹 Mühəndislər üçün effektiv CV və cover letter hazırlanması
🔹 Texniki və HR müsahibələrinə düzgün yanaşma
🔹 LinkedIn profilinin karyera məqsədlərinə uyğun qurulması
🔹 Şəxsi brendin formalaşdırılması
🔹 Peşəkar kommunikasiya və özünü düzgün təqdim etmə bacarıqları

Seminar boyunca iştirakçılar real nümunələr üzərindən praktiki tövsiyələr əldə edərək karyera inkişafı üçün faydalı biliklərlə tanış oldular.

Bu dəyərli və maarifləndirici seminar üçün Ceyhun Əlirzayevə təşəkkür edirik!

Yeni seminar və tədbirlərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp / Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙