Azərbaycan Mühəndislər Birliyi, Şamaxı regional "ASAN xidmət" mərkəzi, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Dünya İqtisadi Forumunun "Global Shapers Community Shamakhi Hub”-ın birgə təşkilatçılığı ilə 2023-cü ilin 6-7 may tarixlərində Şamaxı regional “ASAN xidmət” mərkəzində Ulu öndər Heydər Əliyevin “Azərbaycanın müstəqil enerji sisteminin yaradıcısı” mövzusuna həsr olunmuş “Məktəblilərin alternativ enerji mənbələri” adlı ikigünlük düşərgə təşkil edilmişdir.
Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan məktəblərində təhsil alan 40-dan çox şagird iştirak etmişdir.
Tədbir əsnasında iştirakçılara Azərbaycanın müstəqil enerji siyasətinin formalaşması, enerji infrastrukurunun qurulması, sahib olduğu zəngin enerji resurslarının işlənməsi, regional və dünya səviyyəli müxtəlif layihələrlə dünya bazarlarına çıxarılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edilmiş, eyni zamanda, ölkəmizin bərpa olunan enerji mənbələri baxımından potensialı və dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən siyasət və atılan addımlar şagirdlərimizin diqqətinə çatdırılmışdır.
Daha sonra gələcəyin enerjisi adlandırılan alternativ enerji və bərpa olunan enerji mənbələri ilə bağlı təlimlər keçirilmişdir. Tədbirin sonuncu günü şagirdlər düşərgədə öyrəndiklərini müxtəlif komandaların tərkibində nümayiş etdirmiş, qaliblər mükafatlandırılmış və iştirakçılar sertifikatlarla təltif edilmişdir.
Təlimlər zamanı şagirdlərə nümayiş etdirilməsi əyani vəsaitlərin (külək turbini və günəş paneli) təmin edilməsi üçün göstərdiyi dəstəyə görə AZGREEN Engineering and Environmental Services rəhbərliyinə təşəkkür edirik.
#azmiib