[email protected] +994 99 303 07 01
November 07, 2026 - Paylaşdı: Admin

“Kimya laboratoriyalarında keyfiyyət idarəetməsi, ISO standartları və cihazların kalibrlənməsi” adlı sertifikatlı seminar uğurla başa çatdı!

🎓 AZMİİB-in “Üzvlük Proqramı” çərçivəsində Kimya Laboratoriya Departamenti üzrə keçirilən “Kimya laboratoriyalarında keyfiyyət idarəetməsi, ISO standartları və cihazların kalibrlənməsi” adlı sertifikatlı seminar uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara kimya laboratoriyalarında keyfiyyət idarəetməsinin təşkili, ISO 9001 və ISO/IEC 17025 standartlarının tətbiqi, laboratoriya cihazlarının kalibrlənməsi, ölçmə qeyri-müəyyənliyi və nəticələrin etibarlılığının təmin edilməsi haqqında ətraflı məlumat verildi.
📌 Seminar çərçivəsində müzakirə olunan əsas mövzular:
🔹 Kimya laboratoriyalarında keyfiyyət idarəetməsi;
🔹 ISO 9001 və ISO/IEC 17025 standartlarının laboratoriyalarda tətbiqi;
🔹 Laboratoriya cihazlarının kalibrlənməsi;
🔹 Ölçmə qeyri-müəyyənliyi və nəticələrin dəqiqliyi;
🔹 Verifikasiya və validasiya prosesləri;
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı, həmçinin laboratoriya fəaliyyətində keyfiyyət təminatı və beynəlxalq standartların tətbiqi ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat, eləcə də öz bilik və təcrübəsini iştirakçılarla bölüşdüyü üçün təlimçimiz Pərvin Quliyevaya təşəkkürümüzü bildiririk! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!