📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən “Keyfiyyət İdarə etməsi” kursu uğurla başa çatdı.
Sessiya zamanı iştirakçılar keyfiyyət idarəetmə sistemlərinin əsas prinsipləri, ISO standartlarının tətbiqi, qida təhlükəsizliyi, SWOT analizi və keyfiyyətə nəzarətin praktik metodları ilə tanış oldular. Təlim nəzəri biliklərlə yanaşı, praktiki nümunələr, real iş təcrübəsi və interaktiv müzakirələrlə zənginləşdirildi.
📌 Kurs çərçivəsində:
📍 ISO 9001 standartlarının tətbiqi və Keyfiyyət İdarəetmə Sistemi (QMS);
📍 Qida prosesində dərmanlama növləri;
📍 Qida məhsullarının keyfiyyəti və qida təhlükəsizliyi (ISO 22000);
📍 SWOT analizi və strateji planlaşdırma;
📍 Qida təhlükəsizliyi üzrə praktiki tətbiqlər;
📍 Praktiki təcrübə və şəbəkələşmə.
💡Kurs iştirakçıların keyfiyyətə nəzarət, risklərin idarə olunması və beynəlxalq standartların tətbiqi sahəsində nəzəri və praktiki biliklərinin inkişafına mühüm töhfə verdi.
🤝 Dəyərli bilik və təcrübələrini iştirakçılarla bölüşən Leyla Xəlilzadəyə və İsrafil Hüseynova təşəkkürümüzü bildiririk.
➡️ Siz də bu kimi təlim və inkişaf proqramlarından xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın. 🚀

September 07, 2026 - Paylaşdı: Admin