📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Introduction to Production Engineering” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Neft hasilatının təbii üsulu və onun prinsipləri
📌 Təbii axınla istismar olunan quyuların komponentləri və məhdudiyyətləri
📌 Mexanikləşdirilmiş hasilat üsulları (ştanqlı nasoslar, vintli nasoslar, elektrik dalma nasosları)
📌 Nasos sistemlərində yaranan mürəkkəbləşmələr və onların həlli yolları
📌 Quyularda tədqiqat üsulları və optimal istismar rejimlərinin seçilməsi
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Orxan Bayramova təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!💙



July 23, 2025 - Paylaşdı: Admin