[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

“Introduction to Aspen HYSYS” təlimi uğurla başa çatdı.

📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Introduction to Aspen HYSYS” təlimi uğurla başa çatdı.

⚙️ Təlim zamanı iştirakçılara proses mühəndisliyində simulyasiya proqramlarının tətbiqi, Aspen HYSYS mühitində model qurulması və neft-qaz proseslərinin analizi haqqında geniş və ətraflı məlumat verildi.

📌 Proses mühəndisliyi simulyasiya proqramlarının tətbiqi və növləri
📌 Aspen HYSYS proqramında komponentlərin daxil edilməsi və komponentlərə uyğun termodinamik modelin seçilməsi
📌 Material axınının qurulması və bu axının fiziki xüsusiyyətlərinin müəyyən olunması
📌 Neft-qaz sektorunda əsas istifadə olunan avadanlıqların qurulması üçün tələb olunan parametrlərin simulyasiya mühitinə daxil edilməsi və avadanlıq haqda lazım olan digər parametlərin müəyyən olunması
📌 Separator, nasos, kompressor, isidici və soyuducudan ibarət modelin (proses axın diaqramı) qurulması

💡 Təlim praktiki nümunələr və simulyasiya üzərində izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Hüseyin Məlikliyə təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀