📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən İnformasiya Texnologiyaları üzrə keçirilən “Inside Software Engineering: Roles, Skills & Career” mövzusunda onlayn seminar uğurla başa çatdı.
💻 Seminar zamanı iştirakçılar Software Engineering sahəsi, əsas istiqamətlər, tələb olunan texniki və soft skill-lər, eləcə də bu sahədə karyera qurmaq üçün vacib məqamlarla tanış oldular.
💡 Seminar interaktiv şəkildə keçirilərək praktiki yanaşmalar və faydalı müzakirələrlə zənginləşdirildi. İştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Agil Aghamirzayevə təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək və layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀
September 24, 2026 - Paylaşdı: Admin