📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “ICP-MS Theory” sessiyası uğurla başa çatdı.
⚡️Sessiya zamanı iştirakçılara ICP-MS cihazının quruluşu, işləmə prinsipi və yüksək dəqiqlikli element analizində tətbiqi haqqında geniş və ətraflı məlumat verildi. Təlimçi tərəfindən cihazın hər bir hissəsinin funksiyası, ionlaşma mexanizmi və analitik prosesin mərhələləri real laboratoriya yanaşması ilə izah olundu.
📌 ICP-MS cihazının əsas hissələri və onların funksiyaları
📌 Nümunə hazırlığı və nümunənin daxil olunması sistemi
📌 Cihazın xarici komponentləri (soyuducu – chiller sistemi)
📌 Plazmada (torch) ionlaşma prosesi
📌 Collision/Reaction Cell (CRC), Quadrupole və Octopole sistemləri
📌 Vakuum sisteminin rolu və işləmə mexanizmi
📌 Detektorun iş prinsipi və ionların sayılması
📌 ICP-MS analizində istifadə olunan qaz və maddələr
📌 Metodun qurulması və kalibrasiya nöqtələrinin hazırlanması
📌 Sample log table və analiz öncəsi hazırlıq mərhələləri
💡Sessiya praktiki yanaşmalar, cihaz üzərindən izahlar və real analiz nümunələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Lətafət Mustafayevaya təşəkkür edirik.
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀

June 01, 2026 - Paylaşdı: Admin