📢 “Gələcəyin Mühəndisləri” təqaüd proqramı çərçivəsində keçirilən “Heat Exchangers” sessiyası uğurla baş tutdu.
⚡️Sessiya zamanı iştirakçılara istilik ötürülməsi proseslərinin əsasları, istilik dəyişdiricilərin işləmə prinsipləri, dizayn yanaşmaları və sənayedə tətbiqi haqqında ətraflı məlumat verildi.
📌 İstilik ötürülməsi əsasları
📌 İstilik dəyişdiricilərin növləri və dizayn prinsipləri
📌 Enerji balansı və istilik yükü
📌 Axın rejimləri
📌 Fouling və təmizləmə üsulları
📌 Effektivlik və performans analizi
📌 Texniki xidmət və istismar problemləri
💡Sessiya praktiki izahlar və real nümunələrlə zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Xəyyam Quliyevə təşəkkür edirik.
📲 Siz də bu kimi seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀


June 01, 2026 - Paylaşdı: Admin