📢 “Gələcəyin Mühəndisləri” təqaüd proqramı çərçivəsində keçirilən “HPLC Theory” sessiyası uğurla baş tutdu!
📍 Sessiya çərçivəsində iştirakçılar yüksək performanslı maye xromatoqrafiyası (HPLC) barədə nəzəri biliklər əldə etdilər və bu metodun analitik kimyada rolu ilə yaxından tanış oldular.
📌 Sessiya zamanı müzakirə olunan əsas mövzular:
🔹 HPLC – yüksək performanslı maye xromatoqrafiyasının işləmə prinsipi
🔹 HPLC cihazının əsas hissələri
🔹 Nümunə analizi və spektr anlayışı
🔹 Cihazın üstünlükləri, çatışmazlıqları və tətbiq sahələri
💡 Sessiya iştirakçılar üçün həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də laboratoriya analiz metodlarının daha yaxşı anlaşılması baxımından faydalı oldu.
🤝 Təlimçi Leyla Həsənova-ya dəyərli bilik və təcrübəsini bölüşdüyü üçün təşəkkür edirik!
📲 Siz də bu kimi maarifləndirici sessiya və layihələrdə iştirak etmək istəyirsinizsə, bizi izləməyi unutmayın!
May 31, 2026 - Paylaşdı: Admin