📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “HACCP və Onun Tətbiq Sahələri” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 HACCP sisteminin 7 əsas prinsipi
📌 HACCP-da istifadə olunan 4, 12, 3 və 7 rəqəmlərinin mənası və tətbiqi
📌 Qida istehsal sahəsində HACCP sisteminin qurulması və mərhələləri
📌 Qida təhlükəsizliyi üzrə laboratoriya analizləri və istifadə olunan metodlar
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Elmir Həsənova təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙


July 23, 2025 - Paylaşdı: Admin