[email protected] +994 99 303 07 01
March 05, 2026 - Paylaşdı: Admin

“HACCP” mövzusunda seminar uğurla başa çatdı.

📢Azərbaycan Mühəndislər Birliyi tərəfindən üzvlük çərçivəsində keçirilən “HACCP” mövzusunda seminar uğurla başa çatdı.


Təlimçi Fərid Salamzadənin təqdimatında keçirilən seminarda iştirakçılara HACCP sisteminin mahiyyəti, qida istehsalında təhlükələrin analizi, kritik nəzarət nöqtələrinin müəyyən edilməsi, risklərin idarə olunması və beynəlxalq standartlara uyğun tətbiq mexanizmləri barədə geniş məlumat verildi. Eyni zamanda real sənaye nümunələri əsasında praktiki yanaşmalar izah olundu.


📌 Seminarın əsas mövzuları:

🔹 Qida təhlükəsizliyində bioloji, kimyəvi və fiziki risklərin analizi

🔹 HACCP-in 7 prinsipi və kritik nəzarət nöqtələrinin (CCP) təyini

🔹 Qida müəssisələrində monitorinq və sənədləşmə sistemi

🔹 ISO 22000 və beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğunluq

🔹 Real nümunələr əsasında praktiki tətbiq və texniki analizlər


Seminar müddətində iştirakçılar qida təhlükəsizliyinin idarə olunması, istehsal prosesində risklərin minimuma endirilməsi və keyfiyyət təminatı sahəsində praktiki biliklər əldə etdilər.


Bu dəyərli və faydalı seminar üçün Fərid Salamzadəyə təşəkkür edirik!


Elanlardan daha tez xəbərdar olmaq üçün səhifəmizi izləməyi və rəsmi WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙