🎓 AZMİİB ÜZVLƏRİ ÜÇÜN SERTİFİKATLI SEMİNAR
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ MÜHƏNDİSLİYİ üzrə növbəti seminarımız!
Təlimçi Fuad Hüseynli “Hündürlükdə işləmə və düşən obyektlər” mövzusunda öz bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşəcək.
📚 Seminarın əsas mövzuları:
🔹 Hündürlükdə işlərin təhlükəsiz təşkili və idarə edilməsi
🔹 Hündürlükdə işləmə zamanı təhlükəsizlik qaydaları
🔹 Fərdi mühafizə vasitələrinin düzgün seçilməsi və istifadəsi
🔹 Hündürlükdən yıxılma riskləri və onların qarşısının alınması
🔹 Düşən obyektlərin yaratdığı təhlükələr və risklərin idarə edilməsi
🔹 Təhlükəli zonaların müəyyən edilməsi və mühafizəsi
🔹 Hündürlükdə işlər zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması
🔹 SƏTƏM tələbləri və təhlükəsiz iş prinsipləri
🔹 Sual-cavab
👨🏫 Təlimçi haqqında:
📌 ADY Əmlak MMC – Biznesə dəstək şöbəsi, SƏTƏM üzrə mütəxəssis | Hal-hazırda
📌 FHN Dövlət Yanğın Nəzarəti Xidməti – ADNŞO üzrə Yanğın Müfəttişliyi İdarəsinin profilaktika sektoru üzrə inspektor
📌 Azneft İB-nin ərazilərində neft sahəsi üzrə yanğın təhlükəsizliyi mütəxəssisi
📌 Bakalavr: Fövqəladə Hallar Nazirliyinin Akademiyası – Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi | 2020–2025
📌 Orta ixtisas təhsili: Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə üzrə Texniki Kolleci – Yanğın təhlükəsizliyi mühəndisliyi | 2010–2013
📅 Tarix: 8 noyabr
🕙 Saat: 10:00
📍 Məkan: City Global
📜 Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
⚠️ Qeyd: Seminarda yalnız Azərbaycan Mühəndislər Birliyinin (AZMİİB) üzvləri iştirak edə bilərlər.
November 05, 2026 - Paylaşdı: Admin