[email protected] +994 99 303 07 01
September 12, 2026 - Paylaşdı: Admin

“Gemo DT109AX temperatur kontrollerləri ilə temperatur sensorlarının (PT100 və termocüt) konfiqurasiyası” sessiyası uğurla başa çatdı!

📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə “Gemo DT109AX temperatur kontrollerləri ilə temperatur sensorlarının (PT100 və termocüt) konfiqurasiyası” sessiyası uğurla başa çatdı!



⚡ Sessiya zamanı iştirakçılara müasir sənayedə temperaturun idarə olunması sistemlərinin rolu, Gemo DT109AX kontrollerinin iş prinsipi, PT100 və termocüt sensorlarının qoşulma və konfiqurasiya tələbləri, eləcə də avtomatlaşdırılmış idarəetmədə dəqiqliyin və etibarlılığın artırılması istiqamətləri barədə ətraflı məlumat verildi.



📍 Müzakirə olunan əsas mövzular:

📌 Temperatur sensorlarının (PT100 və termocüt) düzgün seçilməsi və qoşulmasının əhəmiyyəti

📌 Gemo DT109AX kontrollerinin parametrizasiya və kalibrləmə mərhələləri

📌 Analoq siqnalların oxunması, kalibrlənməsi və temperatur xətalarının təsirləri

📌 Temperatur risklərinin qiymətləndirilməsi və PID tənzimləmə prioritetləri

📌 Nəzarət tədbirləri, avtomatik mühafizə rejiminin quraşdırılması və metodologiyanın üstünlükləri

💡 Sessiya analitik yanaşmalar və real layihə təhlilləri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.



📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀