📣 “Gələcəyin Mühəndisləri” təqaüd proqramına qeydiyyat başladı!
Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan bu təqaüd proqramı mühəndislik sahəsində təhsil alan 1, 2, 3-cü kurs (5 illik təhsildə 4-cü kurs) tələbələri üçün nəzərdə tutulmuşdur.
📌 Proqramın məqsədi:
Aşağı kurs tələbələrinə və 3-cü kursda təhsil alan, lakin hələ də ixtisasları barədə kifayət qədər məlumatı olmayan tələbələrə qəbul olduqları ixtisası sevdirmək, ixtisasın əsas biliklərini və əsas anlayışlarını öyrətmək, həmçinin ixtisasın istiqamətləri və tətbiq sahələri ilə tanış etməkdir.
📌 Proqram çərçivəsində seçilmiş tələbələr üçün 2 ay müddətində ixtisasları üzrə kurs təşkil olunacaq. Dərslər həftədə 1 dəfə (şənbə vəya bazar günü) keçiriləcək. Kursun sonunda yekun imtahan keçiriləcək və nəticələrə əsasən iştirakçılara diplom və sertifikatlar təqdim ediləcək.
📌Proqramın əhatə etdiyi sahələr
🔹 Neft-qaz mühəndisliyi
🔹 Kimya mühəndisliyi (Proses mühəndisliyi)
🔹 Kimya (Laboratoriya)
🔹 Proseslərin avtomatlaşdırılması mühəndisliyi
🔹 Elektrik mühəndisliyi
🔹 Mexanika mühəndisliyi
🔹 Geologiya və Geofizika mühəndisliyi
🔹 Ekologiya mühəndisliyi
🔹 Qida mühəndisliyi
💡 Qəbul 2 mərhələdə aparılacaq:
1) Qeydiyyat prosesi
2) Qəbul imtahanı (Məntiq və ingilis dili)
✅ 1-ci mərhələ üzrə qeydiyyatdan keçmiş uyğun namizədlər 2-ci mərhələ üzrə qəbul imtahanına dəvət ediləcəklər.
✅ 2-ci mərhələdə hər ixtisas üzrə ən yüksək bal toplamış 30 tələbə təqaüd qazanacaq.
🏅 İmtahan nəticələrinə əsasən hər ixtisas üzrə:
📍 1–3-cü yerlər – 100% təqaüd
📍 4–10-cu yerlər – 90% təqaüd
📍 11–20-ci yerlər – 70% təqaüd
📍 21–30-cu yerlər – 50% təqaüd
⏳ Son qeydiyyat tarixi: 10 fevral, saat 18:00
🔗 Qeydiyyat linki:
https://forms.gle/aKmv3ib6NC2vfCmv8
Qeydiyyatdan keçməyə tələsin!
January 12, 2026 - Paylaşdı: Admin