[email protected] +994 99 303 07 01
September 21, 2025 - Paylaşdı: Admin

“Gələcəyin Mühəndisləri” təqaüd proqramının iştirakçısı təcrübə proqramında!

📢 “Gələcəyin Mühəndisləri” təqaüd proqramının iştirakçısı təcrübə proqramında!

Kimya laboratoriya proqramını 90% nəticə və diplom ilə uğurla tamamlayan Əli Mehraliyev, ölkənin aparıcı sənaye şirkətlərindən olan Azərsun Holdingin “Gələcəksən” yay təcrübə proqramına keyfiyyət təminatı vəzifəsi üzrə qəbul olunub.

🎓 Hazırda Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan Əli kimya sahəsinə olan marağını daha da gücləndirib və aldığı təlimlər ona bu istiqamətdə bilik və təcrübə toplamağa kömək edib, peşəkar inkişafına təkan verib.

🎉 Azərbaycan Mühəndislər Birliyi olaraq Əlini bu uğur münasibətilə səmimi qəlbdən təbrik edirik!

Sən də mühəndislik sahəsində inkişaf etmək istəyirsənsə, Azərbaycan Mühəndislər Birliyinə qoşul!💙