[email protected] +994 99 303 07 01
September 21, 2025 - Paylaşdı: Admin

“Gələcəyin Mühəndisləri” proqramının uğurlu bir nəticəsi

📢 “Gələcəyin Mühəndisləri” proqramının uğurlu bir nəticəsi!


🎓 Proqramı yüksək nəticə (93.3%) və diplom ilə bitirən Nargilə Abdullayeva, HGE Engineering şirkətində Avtomatika mühəndisi vəzifəsinə işə qəbul olunub!


Nargilə hazırda Azərbaycan Neft və Sənaye Universitetində Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir.


Onun ixtisasına olan həvəsi və proqram müddətində qazandığı nəzəri və praktiki biliklər, mühəndislik bacarıqları 3-cü kursdan etibarən karyerasına başlamasının açarı oldu.


🎉 Azərbaycan Mühəndislər Birliyi olaraq Nargiləni bu böyük uğur münasibətilə səmimi qəlbdən təbrik edirik!


Siz də belə uğurların bir parçası olmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyinə qoşulun!💙