Azərbaycan Mühəndislər Birliyi tərəfindən təşkil olunan “Gələcəyin Mühəndisləri” adlı təqaüd proqramı çərçivəsində keçirilən “Elektrik və Energetika Mühəndisliyinə Giriş” təlimi uğurla başa çatdı!
Təlimdə iştirakçılar üçün aşağıdakı əsas mövzular haqqında ətraflı məlumat verildi:
📌 Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması
📌 Mühəndislikdə etik prinsiplər və təhlükəsizlik qaydaları
📌 Müasir enerji texnologiyaları
📌 İşıq çirkliliyi və onun həll yolları
📌 Beynəlxalq standartlar (IEC, IEEE, ISO) çərçivəsində təhlükəsiz iş prinsipləri
Təlim müddətində bu mövzular izah edildi, gənclərin sualları cavablandırıldı.
Faydalı təlimə görə Orxan Mustafayevə təşəkkürümüzü bildiririk.
Elanlardan daha aktiv xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 💙



July 14, 2025 - Paylaşdı: Admin