[email protected] +994 99 303 07 01
October 20, 2026 - Paylaşdı: Admin

“Gələcəyin Energetikləri” olimpiadasının qalibləri bəlli oldu!

🏆 “Gələcəyin Energetikləri” olimpiadasının qalibləri bəlli oldu!

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş “Gələcəyin Energetikləri” olimpiadası baş tutub.

Hər biri 4 nəfərdən ibarət olan 13 komandanın iştirak etdiyi yarışda tələbələr energetika sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparıblar.

🥇 I yer — “Yaşıl Şəfəq” komandası (AzTU)

* Xudakərim Qürbətov
* Nicat Əzizov
* Qəhrəman Əliyev
* Ramin Şükürlü

🥈 II yer — “4-cü Faza” komandası (ADNSU)

* Fatimə İmanquluzadə
* Emil İmamverdiyev
* Nemət Zərbiyev
* Nuran Ağakişiyev

🥉 III yer — “Legioners” komandası (ADNSU)

* Sübhan Əbilov
* Elmar Əlizadə
* Salman Hacıyev
* Hüseyn Əmanətov

Olimpiadanın qaliblərinə Azərbaycan Mühəndislər Birliyi tərəfindən kuboklar, hədiyyələr və diplomlar təqdim olunub.

Yarış suallarının hazırlanmasında və iştirakçıların cavablarının qiymətləndirilməsində əməyi olan münsiflər heyətinin üzvləri Royal Novruzlu, Şahlar Butayev, Kənan Arifli və Ayşən Həmidovaya, həmçinin olimpiadanın təşkilində dəstək göstərən könüllülərimizə təşəkkürümüzü bildiririk.

Bütün iştirakçıları təbrik edir, gələcəyin energetiklərinə yeni uğurlar arzulayırıq! ⚡️