[email protected] +994 99 303 07 01
September 16, 2026 - Paylaşdı: Admin

“Frontend Development: Present and Future” mövzusunda onlayn seminar uğurla başa çatdı.

📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən İnformasiya Texnologiyaları üzrə keçirilən “Frontend Development: Present and Future” mövzusunda onlayn seminar uğurla başa çatdı.
💻 Seminar zamanı iştirakçılar müasir Frontend Development yanaşmaları, React və Next.js ekosistemi, real layihələrdə istifadə olunan texnologiyalar, həmçinin Frontend Developer kimi peşəkar inkişaf yolu haqqında ətraflı məlumat əldə etdilər.
💡 Seminar interaktiv şəkildə keçirilərək praktiki yanaşmalar və faydalı müzakirələrlə zənginləşdirildi. İştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.
🤝 Dəyərli bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Murad Orucova təşəkkür edirik.
📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək və layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀