Azərbaycan Mühəndislər Birliyinin “FIELD TRIP” sessiyası “Norm Cement” zavodunda uğurla başa çatdı!
Sessiya çərçivəsində iştirakçılar “Norm Cement” haqqında təqdimat dinlədilər və zavodun fəaliyyət istiqamətləri ilə tanış oldular. Daha sonra laboratoriya nümayişi keçirildi, burada iştirakçılar sementin keyfiyyət yoxlamaları və analiz prosesləri haqqında ətraflı məlumat əldə etdilər.
Bundan əlavə, zavodun istehsal prosesi əyani şəkildə nümayiş olundu və iştirakçılar sement istehsalının əsas mərhələlərini yaxından izlədilər. Sonda sənayedə tətbiq olunan yeni texnologiyalar haqqında məlumat verildi və müasir yanaşmalar müzakirə olundu.
Sessiya iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandıraraq sahə üzrə biliklərini dərinləşdirməyə imkan yaratdı. Tədbirin təşkilinə verdiyi dəstəyə görə “Norm Cement” zavoduna təşəkkür edirik!
July 15, 2025 - Paylaşdı: Admin