[email protected] +994 99 303 07 01
June 02, 2026 - Paylaşdı: Admin

“Elektrik təhlükəsizliyi və istismarı” seminarı uğurla başa çatdı.

📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Elektrik təhlükəsizliyi və istismarı” seminarı uğurla başa çatdı.

⚡️ Seminar zamanı iştirakçılara elektrik təhlükəsizliyi qaydaları, torpaqlama sistemləri və elektrik avadanlıqlarının təhlükəsiz istismarı haqqında geniş və ətraflı məlumat verildi.

📌 Elektrik təhlükəsizliyi anlayışı, əhəmiyyəti və məqsədi;
📌 Elektrik zərbələrinin növləri;
📌 Torpaqlama növləri (mühafizə torpaqlaması, səyyar torpaqlama və s.);
📌 TN-C, TN-S, TN-C-S torpaqlama sistemləri.

💡 Seminar praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Samir Qurbanova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀