[email protected] +994 99 303 07 01
June 01, 2026 - Paylaşdı: Admin

“Elektrik maşınları” seminarı uğurla başa çatdı.

📢 “Gələcəyin Mühəndisləri” proqramı çərçivəsində keçirilən “Elektrik maşınları” seminarı uğurla başa çatdı.

⚡️ Seminar zamanı iştirakçılara elektrik maşınlarının iş prinsipləri, növləri və sənayedə tətbiqi, həmçinin generator və mühərriklərin işləmə xüsusiyyətləri haqqında geniş və ətraflı məlumat verildi.

📌 Elektrik maşınlarının əsas iş prinsipləri və növləri
📌 Generatorun şəbəkə ilə sinxronizasiyası
📌 Generatorlarda təsirlənmə sistemi
📌 Mühərriklərin işə salınması və sürət tənzimlənməsi

💡 Seminar praktiki nümunələr və izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Şahlar Butayevə təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀