📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Ekoloji fövqəladə hallar və cavab tədbirləri” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara neft sənayesində ekoloji risklər, fövqəladə halların lokalizasiyası, müasir nəzarət mexanizmləri və ətraf mühitin mühafizəsi istiqamətində görülən praktiki tədbirlər barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌 Ekoloji fövqəladə halların mahiyyəti və təsnifatı
📌 Keçmişdən miras qalmış ekoloji problemlər
📌 Ölkədəki mövcud ekoloji çətinliklər və neft sənayesinin tarixi təsirləri
📌 İlkin xilasetmə avadanlıqları və insidentlərin aradan qaldırılması metodları
📌 Fövqəladə hallarda müasir izləmə texnologiyaları
📌 Tullantıların idarə olunması, ekoloji monitorinqlər və yaşıl təşəbbüslər
💡 Sessiya real istehsalat ssenariləri, vizual materiallar və praktiki təhlillərlə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Əfqan Bəylərliyə təşəkkür edirik!
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀
September 12, 2026 - Paylaşdı: Admin