📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Ekoloji aspektlərin qiymətləndirilməsi və idarə edilməsi” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara ətraf mühitin mühafizəsinin müasir sənayedə rolu, ISO 14001:2015 standartının tələbləri, risklərin idarə olunması mexanizmləri və ekoloji dayanıqlığın gücləndirilməsi istiqamətləri barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌Ekoloji aspektlərin düzgün müəyyən olunmasının əhəmiyyəti
📌Metodologiyanın əsas mərhələləri
📌Ekoloji aspektlərin müəyyənləşdirilməsi və təsirləri
📌Reyestrin tamamlanması üzrə 10 addımlıq metodologiya
📌Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi
📌Nəzarət tədbirləri və metodologiyanın üstünlükləri
💡 Sessiya analitik yanaşmalar və real layihə təhlilləri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Gülmar Yaqubovaya təşəkkür edirik.
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀


September 09, 2026 - Paylaşdı: Admin