📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Ekoloji Sahibkarlıq” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara ekoloji sahibkarlıq, yaşıl biznes modelləri, yaşıl maliyyələşmə imkanları və greenwashing-in qarşısının alınması yolları barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌 CSR və Ekoloji Sahibkarlığın fərqi, Triple Bottom Line prinsipi
📌 Qlobal yaşıl iqtisadiyyat tendensiyaları və bazar imkanları
📌 Material innovasiyası, “Məhsul əvəzinə xidmət” və yaşıl fintex modelləri
📌 Triple Layered Business Model Canvas
📌 Ecovative, TerraCycle və M-KOPA kimi beynəlxalq keyslərin təhlili
📌 Azərbaycan konteksti: Bərpa olunan enerji layihələri, yaşıl istiqrazlar və vençur fondları
📌 Greenwashing riski və iddiaların doğrulanması sualları
💡 Sessiya zəngin təqdimat materialları, real beynəlxalq və yerli keyslər ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Pərvanə Babayevaya təşəkkür edirik!
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀



September 26, 2026 - Paylaşdı: Admin