[email protected] +994 99 303 07 01
October 23, 2026 - Paylaşdı: Admin

“Ekologiyanın əsasları və ətraf mühitin idarə edilməsinə giriş” seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Ekologiya mühəndisliyi üzrə keçirilən “Ekologiyanın əsasları və ətraf mühitin idarə edilməsinə giriş” seminarı uğurla başa çatdı!

Seminar zamanı iştirakçılara ekologiyanın əsas prinsipləri, ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik, müəssisələrdə ekoloji idarəetmə, tullantıların idarə edilməsi və resurslardan səmərəli istifadə haqqında ətraflı məlumat verildi.

📌 Müzakirə olunan əsas mövzular:
🔹 Ekologiyanın əsas anlayışları və prinsipləri
🔹 Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik
🔹 Müəssisələrdə ekoloji idarəetmə və nəzarət
🔹 Tullantıların idarə edilməsi və resurslardan səmərəli istifadə
🔹 Ətraf mühitə təsirlərin qiymətləndirilməsi
🔹 Ekoloji qanunvericiliyin əsas tələbləri

💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.

Bu dəyərli və peşəkar təqdimat üçün təlimçimiz Anar Əmiraslanova təşəkkür edirik! 💙

Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın!