[email protected] +994 99 303 07 01
September 24, 2026 - Paylaşdı: Admin

“ESG hesabatlığı və beynəlxalq standartlar” sessiyası uğurla başa çatdı!

📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “ESG hesabatlığı və beynəlxalq standartlar” sessiyası uğurla başa çatdı!

⚡ Sessiya zamanı iştirakçılara ESG hesabatlığı, onun hərəkətverici qüvvələri, beynəlxalq çərçivələr, emissiya hesablamaları və ISO 14001 standartının ESG ilə inteqrasiyası barədə ətraflı məlumat verildi.

📍 Müzakirə olunan əsas mövzular:
📌 ESG-nin 3 əsas ölçüsü və dayanıqlılıq hesabatlığının mahiyyəti
📌 İkili əhəmiyyətlilik konsepti və maraqlı tərəflərin rolu
📌 Beynəlxalq hesabat çərçivələri və GHG Protocol üzrə hesablama məntiqi
📌 Scope 1, Scope 2 və Scope 3 istixana qazı emissiyalarının bölgüsü və praktiki hesablanması
📌 ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi, PDCA dövrü və aspekt-təsir təhlili
📌 Daxili audit, uyğunsuzluqlar, düzəldici tədbirlər və ISO 14001-in ESG hesabatlığı ilə inteqrasiyası

💡 Sessiya zəngin təqdimat materialları, hesablama düsturları və praktiki idarəetmə keysləri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Zaur Səidiyə təşəkkür edirik!

📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀