📢 Azərbaycan Mühəndislər Birliyi tərəfindən NEFT-QAZ MÜHƏNDİSLİYİ üzrə keçirilən “Drilling Complications” adlı online seminar uğurla başa çatdı!
“Drilling Complications” mövzusunda keçirilən seminarda təlimçimiz Elçin Əkbərov uzunillik beynəlxalq qazma mühəndisliyi təcrübəsinə əsaslanaraq qazma əməliyyatlarında yaranan mürəkkəbliklər və onların həlli ilə bağlı dəyərli bilik və praktiki təcrübələrini iştirakçılarla bölüşdü.
Seminar çərçivəsində:
🔹 Drilling Engineering sahəsində müasir yanaşmalar
🔹 Drilling Complications – qazma zamanı yaranan mürəkkəbliklər
🔹 Qazma əməliyyatlarında qarşılaşılan problemlər və onların həlli
🔹 Quyu qazılması zamanı risklərin idarə olunması
🔹 Qazma prosesinin təhlükəsiz və səmərəli aparılması
🔹 Müxtəlif qazma layihələrində praktiki yanaşmalar
🔹 Drilling Engineer və Drilling Supervisor kimi beynəlxalq karyera imkanları
🔹 Xaricdə işləmək və karyera qurmaq təcrübəsi
🔹 Sual-cavab sessiyası
mövzuları müzakirə olundu.
Seminarda iştirak edən hər kəsə təşəkkür edir, Elçin Əkbərova isə dəyərli bilik və təcrübəsini bizimlə bölüşdüyü üçün minnətdarlığımızı bildiririk! 💙
➡️ Siz də bu kimi seminar və təlimlərdən xəbərdar olmaq, yeni biliklər əldə etmək, peşəkar mütəxəssislərlə tanış olmaq və müxtəlif layihələrdə iştirak etmək istəyirsinizsə, səhifəmizi izləməyi, həmçinin WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀

September 27, 2026 - Paylaşdı: Admin