[email protected] +994 99 303 07 01
November 23, 2026 - Paylaşdı: Admin

“Data Pipeline — Data Sizə Necə Çatır?” seminarı uğurla başa çatdı!

Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Data Development istiqaməti üzrə keçirilən “Data Pipeline — Data Sizə Necə Çatır?” seminarı uğurla başa çatdı!
Seminar zamanı iştirakçılara data mühəndisliyinin əsas prinsipləri, məlumat mənbələri, SQL vasitəsilə məlumatlarla işləmə, ETL/ELT prosesləri, məlumatların təmizlənməsi və keyfiyyətinin təmin edilməsi, həmçinin müasir data arxitekturaları və məlumat axınının idarə olunması haqqında ətraflı məlumat verildi.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Data mühəndisliyi və data mühəndisinin rolu;
🔹 Data mənbələri: API, log faylları, IoT sensorları, formalar və verilənlər bazaları;
🔹 SQL və məlumatlarla işləmə;
🔹 ETL/ELT prosesləri;
🔹 Data keyfiyyəti və məlumatların təmizlənməsi;
🔹 Data Warehouse, Data Lake və Lakehouse arxitekturaları;
🔹 Data Pipeline: mənbədən dashboard-a qədər məlumat axını;
🔹 Data mühəndisliyi alətləri və süni intellektin tətbiqi;
🔹 Praktiki demo və real nümunələr əsasında case study.
💡 Seminar çərçivəsində interaktiv müzakirələr aparıldı, iştirakçıların sualları cavablandırıldı və praktiki nümunələr üzərindən məlumatların təmizlənməsi, verilənlər bazasına yüklənməsi və SQL sorğuları ilə emalı prosesi göstərildi. Həmçinin data mühəndisliyində tətbiq olunan yanaşmalar və real iş prosesləri ilə bağlı bilik və təcrübə mübadiləsi həyata keçirildi.
Bu dəyərli və peşəkar təqdimat, eləcə də öz bilik və təcrübəsini iştirakçılarla bölüşdüyü üçün təlimçimiz Nərminə Zeynalovaya təşəkkür edirik! 💙
Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq üçün səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀