Azərbaycan Mühəndislər Birliyinin “Üzvlük Proqramı” çərçivəsində Data Development istiqaməti üzrə keçirilən “Data Analytics — Datadan Insight-a” mövzusunda seminar uğurla başa çatdı!
💻 Seminar zamanı iştirakçılar datanın faydalı insight-lara çevrilməsi, analitika səviyyələri, biznes hekayələrinin strukturlaşdırılması və dataya əsaslanan qərarların formalaşdırılması haqqında məlumat əldə etdilər.
📌 Müzakirə olunan əsas mövzular:
🔹 Datadan insight-a gedən yol
🔹 Analitika səviyyələri
🔹 Biznes hekayələrinin strukturlaşdırılması
🔹 Dataya əsaslanan qərarların formalaşdırılması
💡 Seminar çərçivəsində interaktiv müzakirələr və praktiki tapşırıqlar həyata keçirildi. İştirakçılar datanın biznes üçün yaratdığı dəyəri müəyyənləşdirmək və analitik yanaşmalarını inkişaf etdirmək imkanı qazandılar.
🤝 Dəyərli bilik və peşəkar təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçimiz Əhməd Bədəlova təşəkkür edirik! 💙
📢 Elanlarımızdan daha aktiv şəkildə xəbərdar olmaq, yeni biliklər əldə etmək və layihələrimizdə iştirak etmək üçün səhifəmizi izləməyi, WhatsApp və Telegram qruplarımıza qoşulmağı unutmayın! 🚀


October 26, 2026 - Paylaşdı: Admin