📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən Ekologiya mühəndisliyi üzrə “Dairəvi İqtisadiyyat, Tullantısız İstehsal və Resurs Səmərəliliyi” sessiyası uğurla başa çatdı!
⚡ Sessiya zamanı iştirakçılara planetin resurs böhranı, xətti iqtisadiyyatın fəsadları, dairəvi iqtisadiyyatın prinsipləri, tullantısız istehsal metodologiyaları və müasir sənaye innovasiyaları barədə ətraflı məlumat verildi.
📍 Müzakirə olunan əsas mövzular:
📌 Planetimizin daşıma gücü, resurs böhranı və xətti iqtisadiyyatın fəsadları
📌 Dairəvi iqtisadiyyatın əsas prinsipləri və Ellen MacArthur Fondunun Kəpənək Diaqramı
📌 Tullantısız istehsal konsepti və material idarəetməsində 5R strategiyası
📌 Mühəndislikdə eko-dizayn, Beşikdən Beşiyə fəlsəfəsi və LCA təhlili
📌 Sənaye simbiozu, şəhər mədənçiliyi və PaaS biznes modeli
📌 Sənaye 4.0 texnologiyalarının rolu, beynəlxalq standartlar və “Azərbaycan 2030” Milli Prioritetləri
💡 Sessiya zəngin təqdimat materialları, real istehsalat keysləri və rəqəmsal keçid nümunələri ilə zənginləşdirildi, iştirakçıların sualları ətraflı cavablandırıldı.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçi Hikmət Zeynalova təşəkkür edirik!
📲 Siz də belə seminar və sessiyalardan xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və qruplarımıza qoşulmağı unutmayın. 🚀


September 26, 2026 - Paylaşdı: Admin