[email protected] +994 99 303 07 01
June 02, 2026 - Paylaşdı: Admin

“Dəniz Platformalarında Jacket Konstruksiyalarının Konseptual Dizaynı” sessiyası uğurla baş tutdu.

📢 Üzvlük proqramı çərçivəsində keçirilən “Dəniz Platformalarında Jacket Konstruksiyalarının Konseptual Dizaynı” sessiyası uğurla baş tutdu.

⚙️ Sessiya zamanı iştirakçılara dəniz platformalarında istifadə olunan jacket konstruksiyalarının layihələndirilməsi, struktur dayanıqlılığı və iqtisadi optimallaşdırma prinsipləri haqqında geniş və ətraflı məlumat verildi.

📌 Jacket konstruksiyalarının ümumi xüsusiyyətləri və tətbiq sahələri
📌 Yüklərin analizi və struktur dayanıqlılığı (dalğa, külək, seysmik təsirlər)
📌 Material seçimi və korroziyadan mühafizə üsulları
📌 Quraşdırma metodları və iqtisadi (cost) optimallaşdırma prinsipləri

💡 Sessiya nəzəri biliklərlə yanaşı real layihələr və praktiki nümunələr üzərində izahlarla zənginləşdirildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı.

🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə Rəfiq Şirinova təşəkkür edirik.

📲 Siz də belə seminar və təlimlərdən xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi və WhatsApp/Telegram qruplarımıza qoşulmağı unutmayın. 🚀