📢 “Yay İnkişaf Proqramı” çərçivəsində keçirilən “Crude Oil Processing and Primary Refining Operations” təlimi uğurla başa çatdı.
Sessiya zamanı iştirakçılar xam neftin emalının əsas prinsipləri, ilkin neft emalı prosesləri və neft emalı zavodlarında tətbiq olunan əsas əməliyyatlarla tanış oldular. Təlim nəzəri biliklərlə yanaşı, praktiki nümunələr və interaktiv müzakirələrlə zənginləşdirildi.
📌 Təlim çərçivəsində:
🔴 Xam neftin əsas xüsusiyyətləri və tərkibi;
🔴 Xam neftin emala hazırlanması və ilkin emal mərhələləri;
🔴 Atmosferik distillə prosesinin əsas prinsipləri;
🔴 Neft fraksiyalarının ayrılması və əsas məhsulların əldə olunması;
🔴 Neft emalı zavodlarında ilkin emal əməliyyatlarının tətbiqi;
🔴 Emal proseslərinin səmərəliliyinə təsir edən əsas amillər müzakirə edildi.
💡 Təlim iştirakçıların xam neftin emalı prosesləri haqqında nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, neft emalı sənayesində gedən prosesləri daha dərindən anlamağa və mühəndislik yanaşmalarını inkişaf etdirməyə töhfə verdi.
🤝 Dəyərli bilik və təcrübəsini iştirakçılarla bölüşdüyünə görə təlimçimiz Musa Fərəcova təşəkkürümüzü bildiririk.
📩 Siz də bu kimi təlim və inkişaf proqramlarından xəbərdar olmaq, yeni layihələrə qoşulmaq istəyirsinizsə, səhifəmizi izləməyi unutmayın! 🚀
September 16, 2026 - Paylaşdı: Admin